Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2022 / 09:33

AZƏRBAYCAN VƏ TÜRKİYƏ GÜRCÜSTANIN BMT-YƏ TƏQDİM ETDİYİ QƏTNAMƏNİ TƏSDİQLƏYİB

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində Gürcüstan və 61 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub. 

TEZADLAR.AZ Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qətnamə BMT Baş Assambleyasına 2008-ci ildən təqdim olunur.

“Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnaməni 95 ölkə dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 56 ölkə isə səsvermədən imtina edib. Səsvermədə Rusiya sənədin əleyhinə səs verib Azərbaycan və Türkiyə ötən illərdə olduğu kimi Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyib.

Ermənistan isə ötən ildə olduğu kimi, səsvermədə iştirak etməyib. Qətnamənin həmmüəllifləri bunlardır: Albaniya, Andorra, Antiqua və Barbuda, Avstraliya, Avstriya, ABŞ, Yeni Zelandiya, Belçika, Bolqarıstan, Almaniya, Qvatemala, Danimarka, Böyük Britaniya, Estoniya, İspaniya, Vanuatu, Türkiyə, İslandiya, Yaponiya, İtaliya, Kanada, Kiribati, Kolumbiya, Kosta Rika, Latviya, Liberiya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Marşal adaları, Meksika, Mikroneziya, Monako, Moldova, Monteneqro, Hollandiya, Norveç, Port-au-Prins, Norveç , Portuqaliya Rumıniya, Samoa, San Marino, Fransa, Gürcüstan, Yunanıstan, Slovakiya, Sloveniya, Tonqa, Trinidad və Tobaqo, Tuvalu, Macarıstan, Ukrayna, Finlandiya, Xorvatiya, İsveç, Çexiya, Şimali Makedoniya, Cibuti. Qeyd edək ki, qətnamə Gürcüstanın Rusiyanın işğal etdiyi bölgələrində baş verən zorakı dəyişiklikləri qınayır, etnik mənsubiyyətindən asılı olmyaraq, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması hüququnu təsdiqləyir və onların hüquqlarına hörmətlə yanaşılmasının və qorunmasının zəruriliyini tələb edir.

24 news.ge

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!