28 Yanvar 2026 / 21:42

Karlos üçün “Real”ın lideri Raul olub

Braziliya futbolunun əfsanəsi Roberto Karlos “Real”da keçirdiyi vaxtı xatırlayıb. 

Tezadlar.az-ın xarici mətbuata istinadla məlumatına görə, 11 il ərzində müdafiəçi bir çox oyunçunun “Kral klubu”nun formasını geyindiyini görüb. Ondan ən çox müsbət emosiyaları kim gətirdiyi soruşulub.

“Raul. O, klubu çox yaxşı təmsil edib. İş etikası və oyun tərzi ilə oyunçuları möhtəşəm şəkildə motivasiya edib. O, lider və kapitan idi”, – Karlos bildirib.

Xatırladaq ki, Raul 18 il “Real”da oyunçu kimi (o cümlədən gənclər səviyyəsində) çalışıb. O, həmçinin yeddi il “Kastilya”da məşqçilik edib.

Ümumilikdə, Raul “Real”da 550 oyun keçirib və 228 qol vurub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!