Dünən axşam UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) davalı qarşılaşması bərpa olunub. Tezadlar.az TRT- Sport- a istinadla xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı. UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb. Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında dava baş verib. Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər. Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.
Nəhayət, xeyli fasilədən sonra oyun bərpa edilib.
A.Məmmədli







