Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Yenicə yola saldığımız il müqəddəs elm məbədgahımız olanAzərbaycan Milli Elmlər Akademiyasının 80, maarif vəmənəviyyat məktəbi sayılan Azərbaycan milli mətbuatının 150 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsilə dəəlamətdar oldu.
Milli-mədəni tərəqqinin ayrılmaz qoşaqanadının, iki toxunulmaz qütbünün yaradılması tarixini milli qürürla yad etdik. Azərbaycan elminin ideya bayraqdarına, təkamül nüvəsinə çevrilən elm ocağının zəngin və şanlı tarixəmalik milli mətbuatımızın tədqiqi və təbliğində də əvəzsizxidmətləri vardır. Əlbəttə ki, anadilli mətbuatın milli-mənəvidəyərlər sistemindəki özünəməxsus yerini, ictimai-siyasiproseslərdəki müstəsna rolunu müəyyənləşdirən gərgin vəçoxşaxəli elmi tədqiqatlar mətbuatşünaslığın ən müxtəlif elmiistiqamətlər üzrə inkişafında mühüm əhəmiyyət kəsb edir. Əksəriyyəti kollektiv əməyin bəhrəsi olan bu çoxcəhətlitədqiqatlar müxtəlif elmi-kütləvi nəşrlər şəklində ərsəyə gəlmiş, Azərbaycan milli mətbuatının, publisistikanın ən dərin qatlarınaişıq salmaqla maddi-mənəvi irsimizin öyrənilməsinə töhfəvermişdir. Böyük dövlət xadimi Heydər Əliyevin müstəqil vədemokratik milli mətbuatımızın formalaşmasındakı əvəzsizxidmətlərinin elmi-ideoloji məcmusu olan “Heydər Əliyev vəmilli mətbuat” adlı kitab, milli mətbuatımızı və ədəbiyyatımızıhəmişəlik zinətləndirən tükənməz mənəvi xəzinədən bəhs edən“Molla Nəsrəddin” ensiklopediyası, “Ziyayi-Qafqaziyyə” (lüğət, izah və şərhlərlə), “Kəşkül”, “Bəhlul” kimi mətbu orqanlarınlatın qrafikalı əlifbaya transfoneliterasiyası, “Mətbuat tarixi vəpublisistika məsələləri” adlı fundamental elmi məqalələrdənibarət ikicildlik, çoxsaylı monoqrafiya dediklərimizə bariznümünədir.
AMEA-nın bir əsrlik tarixə malik, elm ziyasına, elmi-ictimaimühitin əsas qərargahlarından birinə çevrilən Mərkəzi Elmi Kitabxanası (MİK) da elmi-biblioqrafik fəaliyyəti ilə, funksionallıqları ilə seçilən elektron kitabxananınimkanlarından, əyani təbliğat vasitələrindən istifadə etməkləmilli mədəniyyətimizin məhək daşı olan mıtbuatımızn 150 illikyubileyini özünəməxsus şəkildə qeyd etmişdir. Elə kitabxananınkitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfədoktoru, dosent Şəhla Tahirqızının “Naxçıvan Muxtar Respublikasında dövri mətbuat” adlı məlumat kitabı da beləyubiley töhfələrindəndir.
Kitab AMEA-nın prezidenti, XIX-XX əsrlər milli jurnalistikatariximizin tədqiqində, müasir publisistikanın elmi-nəzəridəyərləndirilməsində müstəsna rolu olan akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə nəşrə vəsiqə alıb. İnformasiya zənginliyi və əhatəliliyi ilə seçilən məlumatnəşrinin elmi redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasınındirektoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Nəşrinrəyçiləri Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdarmədəniyyət işçisi Rəşad Məcid, Bakı Dövlət Universitetininmüəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə xanımİbrahimovadır.
Nəşrin məqsədi XX əsrin 20-ci illərindən bu günə kimiNaxçıvanda dərc olunmuş qəzetlərin, elm-tədris xarakterlijurnalların, ictimai-siyasi, ədəbi dövri mətbuat nümunələrininxronoloji xəritəsini, məlumat məcmusunu yaratmaqdır.
Kitabın girişində Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın media siyasətini xarakterizə edənfikirlərinin, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışından mətbuatımızın fəaliyyətini yüksəkqiymətləndirməsi ilə bağlı sitatın, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi vəAzərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsihaqqında tarixi sərəncamların yer alması ilk təqdimatda oxucuyaçatdırır ki, yeni nəşr dövlətçilik tariximizin və maddi-mədəniirsimizin təbliği kimi ümdə mərama xidmət edir. Akademik, AMEA-nın prezidenti, mətbuatşunaslıqda öz elmi dəst-xətti iləiz qoyan İsa Həbibbəylinin, Azərbaycanın Əməkdar jurnalisti, 2000-2007-ci illərdə “Şərq qapısı” qəzetinin baş redaktoru kimimühüm məsul vəzifədə uğurla fəaliyyət göstərən mərhumMəmməd Məmmədovun yerli mətbuatın milli şüurunoyanmasında, siyasi-ideoloji proseslərdə əvəzsiz rolunuxarakterizə edən fikirləri də maraq doğurur.

Akademik İsa Həbibbəylinin “Naxçıvan Muxtar Respublikasıngüzgüsü” adlı “Ön söz”ü bu qədim diyarımızın milli mətbuattariximizdə çəki və dəyərini müəyyənləşdirən elmi möhürdür: “Naxçıvan Muxtar Respublikasının canlı sözü olan mətbunəşrlərdə Naxçıvan diyarının ritmi döyünür. Bu mətbu nəşrlərdəişıq üzü görmüş ədəbi materiallar əsasında Azərbaycanədəbiyyatının bir neçə cild antologiyasını hazırlamaq olar. Naxçıvan diyarının inkişafının bütün mərhələlərini öyrənməkbaxımından bu nəşrlərdən mötəbər mənbə tapmaq mümkündeyildir. Muxtar respublika mətbuatının səhifələrindəNaxçıvanın tarixi müqəddaratını, həyat ahəngini, çətinliklərinivə uğurlarını nəsildən-nəslə çatdıran sanballı salnamələryaşayır”.
Məlumat nəşrinin üstünlüyü ondadır ki, burada “Şərq qapısı”ndan tutmuş muxtar respublikada nəşr olunan bütün dövrimətbuatı – şəhər və rayon qəzetləri, sahəvi mətbuat, profili, siyasi-ideoloji əhəmiyyətliliyi ilə seçilən, hətta ən qısaömürlümətbu nümunələri belə əhatə edir. Hər mətbu orqan haqqındaonun nəşri tarixi, müxtəlif zaman kəsiyində hansı adlar altındanəşr olunması, redaktorları, redaksiya heyəti, formatı və tirajı, ünvanı haqqında verilən dəqiq faktlar muxtar respublikamətbuatının dinamikasını – müəyyən qabarma və çəkilmələri, inkişaf və ya tənəzzül amplitudalarını izləmək imkanı verir. Müəllif bu dövri mətbuatların proqram-manifestlərindənseçmələri də məqsədli şəkildə oxucuya təqdim edir. Məsələn: Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı kiminəşr olunan “Ağrıdağ” qəzetinin 1 yanvar 1991-ci il tarixli ilk nömrəsində dərc olunan “Oxucuya” adlı baş məqalədən gətirilənsitata diqqət yetirək: “…Sevimli oxucu! “Ağrıdağ”ın kiçikkollektivi öz qarşısında ali məqsəd qoyubdur: Həqiqəti açılı-şirinli, “düzü-düz, əyrini-əyri” xalqa çatdırsın. Başqa cür ola da bilməz. Yaxşı başa düşürük ki, boğazdan yuxarı danışan, əslişdən çox hay-küyə meyilli mətbuat orqanı artıq yaşayabilməz”… Nəşrdə yer alan bu sitatlar mətbu orqanların ideya vəməramı, üslub və dəst-xətti, nəşr platforması, hədəflədiyi oxucuauditoriyası haqqında bitkin təsəvvür yarada bilir ki, bu da müəllif uğuru sayıla bilər. Bu faktlar eyni zamanda müxtəliftarixi mərhələlərdə, istər totalitar sovet rejimi dövründə, istərmüstəqillik uğrunda mübarizə mərhələsində, istərsə dəmüstəqilliyin ilk illərində, sonrakı dövrdə region mətbuatınınictimai-siyasi proseslərdəki rolunu öyrənmək üçün düzgün elmiistiqamət götürməyə xidmət edir.
Müəllif əksəriyyəti elmi ictimaiyyətə məlum faktların təkrartəqdimatı ilə kifayətlənməyib yeni elmi məlumatlara diqqəti cəlbedir, fakt dəqiqləşmələri ilə bir sıra məsələlərə elmi aydınlıqgətirir. Məsələn, “Ordubad işçisi” qəzetinin Milli KitabxananınArxiv şöbəsində qorunan 1939, 1946, 1947, 1948-ci il nüsxələrinə istinadən bildirir ki, yalnız 19 fevral 1946-ci il tarixli (N 5(691) sayında qəzetin 1932-ci ildə çıxması haqqındaməlumat vardır. Və yaxud müəllif faktlara elmi həssaslıqlayanaşaraq belə bir təzadlı fakta da diqqət yetirir: müxtəlifmənbələrdə qeyd olunur ki, “Ordubad işçisi” qəzeti 1956-1959-cu illərdə “Ordubad fəhləsi” adı ilə nəşr olunmuş, 1959-cu ildənəşrini dayandırmışdır. Naxçıvan Dövlət Arxivində qorunubsaxlanılan nüsxələr isə təsdiq edir ki, qəzet 1957-1958-ci illərdədə “Ordubad işçisi” adı ilə nəşr olunmuşdur.
Kitabda muxtar respublikada nəşr olunan ictimai-siyasi, kütləvimətbuat orqanları ilə yanaşı mətbuat tariximizdə özünəməxsusdəst-xətti olan elmi-pedaqoji nəşrlər haqqında da qruplaşdırılmışşəkildə yığcam informasiya təqdim edilir. Qeyd etmək yerinədüşər ki, Naxçıvan Dövlət Universitetinin 1991-ci il 15 oktyabrtarixdə “Fikir” adı ilə nəşrə başlayan qəzeti, qəzetin ilk sayındaakademik Abbas Zamanovun da qeyd etdiyi kimi milli ali təhsiltariximizdə, universitet mühitində, bütövlükdə muxtarrespublika həyatında əlamətdar tarixi hadisə idi. Kitabdadinamik inkişafa dünyaya inteqrasiya prosesi ilə nail olmağıbacaran NDU-nun dünya universitetlərinin dərgi, xəbərlərməcmuəsi, informasiya bülletenləri nəşri təcrübəsinə əsaslanaraq“Fikir” qəzetini eyniadlı informasiya bülleteni şəklində nəşretdirməsi, 1 aprel 2011-ci ildən etibarən “Yeni fikir” qəzetininnəşr olunması haqqında məlumatlar da yer alıb. “Yeni fikir” NDU-nun elmi-pedaqoji, ictimai, mədəni həyatının mətbusalnaməsi, milli ziyalılıq mövqeyinin, müasir elmi-pedaqojitəfəkkürün güzgüsü kimi bu gün də nəşrini uğurla davam etdirir. Bu ali təhsil ocağının 1997-ci ildən nəşr olunan, ildə 4 seriyaüzrə işıq üzü görən “Elmi əsərlər” jurnalı haqqında məlumatuniversitetin zəngin elmi potensialının, beynəlxalq elmi sferadamövqeyinin və uğurlarının göstəricisi olduğunu bir daha təsdiqedir
Elmin inkişafında, yerli elmi fəaliyyətin mərkəzləşdirilmişşəkildə və konkret hədəflər üzrə həyata keçirilməsində müstəsnarol oynayan AMEA Naxçıvan Bölməsinin 2005-ci ildən“Xəbərlər” adı ilə nəşrə başlayan, ictimai və Humanitar elmlər, Təbiət və texniki elmlər seriyalarında nəşr olunan “Elmi əsərlər” jurnalının funksiyası, geniş auditoriya qazanması, jurnalın 2010-cu ildə Fransada Elmi jurnalların Beynəlxalq QeydiyyatXidmətində qeydiyyatdan keçməsi kimi faktlar, bu elmi nəşrinregionda milli və dünyəvi dəyərlər daşıyıcısı olan zəngin elmimühitin formalaşmasında və inkişafındakı xidmətlərini bir dahatəsdiq edir. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil vəƏdəbiyyat İnstitutu tərəfindən 2011-ci ildən nəşr olunan“Axtarışlar” jurnalı haqlı olaraq folklor, dilçilik, ədəbiyyat, incəsənət və tarix sahəsi üzrə maraqlı elmi tədqiqatlarınməcmusu kimi dəyərləndirilir və həqiqətən də bütövlükdəazərbaycançılıq və türkçülük ideologiyasının elmi rəmzlərindənbirinə çevrilməkdədir.
Müəllif Naxçıvan Müəllimlər İnstitutununn 2005-cü ildən nəşrolunan “Elmi əsərlər” jurnalı aktual elmi məqalələri ilə seçilənbir nəşr kimi səciyyələndirir. Azərbaycan RespublikasınınPrezidenti yanında Ali Attestasiya Komissiyası RəyasətHeyətinin qərarı ilə Azərbaycan Respublikasındadissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə ediləndövri elmi nəşrər siyahısına daxil olan, beynəlxalq standartseriya nömrəsi (ISSN) alan bu jurnallar regionda kifayət qədərdövri elmi jurnal nəşr etmə təcrübəsi yarandığını sübut edir. Kitabda 1998-ci ildə ilk sayı Ümummilli Lider Heydər Əliyevəhəsr edilmiş, Naxçıvan MR Ali Məclisi tərəfindən təsis edilən, naxçıvanşünaslığın mətbu rəmzinə çevrilən “Naxçıvan” adlıictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal ilə yanaşı XX əsrin 90-cı illərində Naxçıvanda fəaliyyət göstərən müxtəlifpartiya və təşkilatlara məxsus, lakin nəşr taleyi uğursuz olan, milli-ideoloji dəyər, oxucu reytinqi qazanmaq baxımındanözünü doğrultmayan bəzi mətbuat orqanları haqqında da yığcamməlumat verilir. Şəhla Tahirqızının tədqiqat məqsədiləAzərbaycan Milli Kitabxanasının “Arxiv” şöbəsində, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda, Naxçıvan DövlətUniversitetinin Elmi Kitabxanasında, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində olması, müxtəlif mətbuorqanların komplektləşmiş arxiv nüsxələri ilə yanaşı elmiədəbiyyatlardan da istifadə etməsi müəllifin məsələyə həssaselmi münasibətindən irəli gəlir.
AMEA MİK-in kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızının qədimdiyarımızın əsr yarımlıq milli mətbuat tariximizdəki müstəsnayerini, milli-maarifçilik, mütərəqqi ideyalar təbliği baxımındançəki və dəyərini müəyyənləşdirməyə xidmət edən “NaxçıvanMuxtar Respublikasında dövri mətbuat” adlı məlumat nəşrimuxtar respublikanın 100 illik, milli mətbuatımızın 150 illikyubileylərinə dəyərli ərməğandır. Yeni nəşr AMEA-nın 80 illik, onun Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyləri ilə bağlıçoxsaylı uğurlu hesabatlardan biri kimi də təqdirəlayiqdir.
Sonda qeyd edim ki, yeni məlumat nəşrinin müəllifi bəzinatamamlıqlara rəğmən regional mətbuat tariximizin zəngin birmərhələsinə ənənə və varislik işığında nəzər salmaq məramınanail olub. Təvazökarlıqdan uzaq da olsa iyirmi ildən atıqdır ki, taleyini jurnalistikaya bağlayan, “Şərq qapısı” kimi zəngin vəmöhürlənmiş ənənələrə malik rəsmi dövlət qəzetinin başredaktoru işləmiş, mətbuat tarixinin tədqiqi və tədrisi sahəsindəçalışan biri kimi əminliklə deyə bilərəm ki, yeni məlumat nəşriqədim Naxçıvan diyarının mətbuat tarixinin gələcək tədqiqindəyeni elmi hədəflərə çatmaq üçün düzgün elmi istiqmaətmüəyyənləşdirəcək kompas rolunu oynayacaq.
Mehriban Sultan,
Naxçıvan Muxtar Respublikasının Əməkdar Jurnalisti,
filologiyaüzrə fəlsəfə doktoru