Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Yanvar 2026 / 03:36

SON DƏQİQƏ: İran hökumət təyyarəsi Moskvaya eniş etdi

ABŞ-ın zərbələri ilə bağlı şayiələr fonunda İran hökumət təyyarəsi Moskvaya eniş edib.

Tezadlar.az bildirir ki, bu barədə Telegram kanalı “Mash” məlumat verib.

“İran prezidenti Məsud Pezeşkyanın təyyarədə ola biləcəyi ehtimal olunur. Bu arada, Donald Tramp bu gecə bəyanat hazırlayır”, – deyə kanal bildirib.

Kanal həmçinin monitorinq məlumatlarına istinadən qeyd edib ki, Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ əməliyyatında iştirak edən təyyarələr Yaxın Şərqə doğru gedir.

Bir qədər əvvəl CNN mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün iki ölkə arasında danışıqların uğursuzluğundan sonra İrana böyük zərbə endirməyi düşünür.

28 yanvarda Amerika lideri “Avraham Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi “nəhəng bir armada”nın İrana doğru getdiyini və lazım gələrsə “öz missiyasını tez bir zamanda yerinə yetirməyə” hazır olduğunu açıqlayıb. Ağ Ev rəhbəri İslam Respublikası hakimiyyətini danışıqlara çağırıb və imtina etdikləri təqdirdə daha çox zərbə endirəcəyi ilə hədələyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!