30 Yanvar 2026 / 12:58

“Qrip olduqdan sonra məndə boğulma yarandı” – Xəstəxanaya yerləşdirilən Şeyx Əbdül

Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. 

Tezadlar.az  xəbər verir ki, aktyor “Qafqazinfo”ya səhhətindən danışıb. 82 yaşlı aktyor bildirib ki, hazırda səhhətindəki problemlərlə bağlı müalicə alır:

“Ötən gün xəstəxanaya yerləşdirildim. Yanaşı gedən xəstəliklərimlə bağlı müalicə alıram. Əslində özümü yaxşı hiss edirdim. Qrip olduqdan sonra məndə boğulma yarandı. Sanki səhhətimdəki bütün problemlər yenidən baş qaldırdı. Səhvim o oldu ki, evdə müalicə etdirdim. Vaxtında xəstəxanaya gəlmədim. İndi mənə yaxşı baxırlar, görək necə oluram…”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!