Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

57 yaşlı müğənni Mark Entoni həyat yoldaşı Nadia Ferreira ilə birlikdə 2-ci körpəsini gözləyir.
Tezadlar.az xəbər verir ki, Mark Entoni və həyat yoldaşı Nadia Ferreira birlikdə ikinci, lakin müğənni ümumilikdə səkkizinci körpəsini gözləyir.
Cütlük 28 yanvar tarixində paylaşdığı birgə “İnstagram” fotosunda Mark, Nadia və 2 yaşlı oğulları Markonun əllərini paylaşaraq xəbəri ictimaiyyətə açıqlayıblar.
Qeyd edək ki, Entoninin müğənni-aktrisa Cennifer Lopeslə nikahından 2008-ci ildə Maks və Emmi adlı əkiz övladları dünyaya gəlib. Nadiya Ferreyra ilə evliliyi ifaçının dördüncü nikahıdır. Entoni Nadiya ilə 2023-cü ildə ailə qurub və elə həmin il onların Marko adlı oğlu dünyaya gəlib. Ümumilikdə Entoninin 7 övladı var.