Tanınmış müğənni Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi ilə bağlı instagram səhifəsində paylaşım edib.

Tezadlar.az xəbər verir ki, o, ailə qurmaqlarının 18 ili tamam olduğunu bildirib və fotolar paylaşıb:
“Bu ay, biz, mənim Giorgimlə təkcə toyumuzun 18 ilini yox, bizə uca Allah tərəfindən bəxş edilmiş 18 illik taleyi qeyd edirik. Həyatımızın hər anı, bir-birimizə dayaq olub, bir bütöv olduğumuz və bu böyük xoşbəxtlik üçün Allaha sonsuz şükür edirəm. Valideynlərimizə təşəkkür edirəm ki, onların xeyir-duası ən vacib anda bizim üçün möhkəm dayaq oldu. Sevgimiz elə bir yuvaya çevrildi ki, orada iki möcüzə dünyaya gəldi, bizim mələklərimiz: Elizabet və David. Onların gözlərində sevgimizin işığını, gülüşlərində isə xoşbəxtliyimizin rənglərini görürük. Qoy, bu yolumuz bundan sonra da sevgi, hörmət, qayğı və işıqlı yol olsun. Qoy, bu yolu həmişə əl-ələ verib gedək, bərəkətli ailə olan, bu gözəl yolu”.







