Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sevilən sənətkar Xalq artisti Afaq Bəşirqızı yenidən teatr səhnəsinə qayıdıb.
Axşam.az xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda “Zal qızı Zalxa” tamaşasında oynayıb.
Belə ki, uzun müddətdir səhhətində yaranan problemlə əlaqədar səhnədən uzaq düçən Afaq Bəşirqızı ötən gün tamaşaçıları yenidən görüşüb. Aktrisa səhnəyə əsa ilə çıxıb.
Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.