Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki gün öncə dünyasını dəyişən müğənni Fatih Ürekin vəsiyyəti üzə çıxıb.
Tezadlar.az xəbər verir ki, iki il əvvəl qatıldığı bir proqramda Fatih Ürek vəsiyyətnaməsinin olduğunu qeyd edib:
“Əslində, mən bunu bir yerə yazmışam, yəqin ki, hələ də oradadır. Amma hər il nəsə dəyişir. Öz adıma bir xeyriyyə fondu istəyirəm. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram. Bəlkə də qocaldığım üçündür”.
Qeyd edək ki, Fatih Ürek 3 aprel 1966-cı ildə Ərzurumda anadan olub. Ailədə 4 uşaq olublar və Fatih tək oğlan uşağı olub.
O, ilk albomu olan Yaktı Yaktı-nı 1993-cü ildə Raks Music adı altında buraxıb. Bu albomda Bülent Ərsoyun “Sefam Olsun” albomunda ifa etdiyi eyniadlı mahnının yeni interpretasiyası yer alıb. Onun 1995-ci ildə çıxan “Sen iki gözümsün” albomunda həm pop, həm də klassik mahnılar yer alıb. 1997-ci ildə “Reyting Hamdi” proqramında Fred Flintstone rolunu canlandırıb.
2008-ci ildə 13 illik fasilədən sonra musiqiyə qayıdan “Sus” albomu ilə diqqət çəkib. Bu albomdakı “Hadi Hadi” və “Sus” mahnıları musiqi siyahılarında yüksək yerlərə yüksəlib. O, “Hayde” albomundakı “Hayde” və “Yedi Tepe” mahnılarının aranjımanları üzərində Emrah Karaduman ilə əməkdaşlıq edib.
2011-ci ildə “Praktiker” reklamlarında rol alıb. O, 2018-2020-ci illər arasında Kanal D-də yayımlanan “Gelinim Mutfakta” kulinariya müsabiqəsi şousunun aparıcısı olub. Daha sonra, 2019-2020-ci illərdə “Show TV”-də yayımlanan “Kuaförüm Sensin” müsabiqə şousunda münsif kimi çalışıb. Ən son olaraq, 2024-2025-ci illər arasında “NOW”-da yayımlanan “Gelin Görümce” müsabiqə proqramına aparıcılıq edib.
Fatih 2925-ci il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Dörd ay reanimasiyada qalan müğənni iki gün əvvəl dünyasını dəyişib.