2 Fevral 2026 / 05:28

Maykl Ceksonun uşaqlarla dostluq haqqında dedikləri

Britaniya studiyası Wonderhood Studios 2026-cı ilin yazında müğənni Maykl Cekson haqqında film yayımlayacaq. Filmin yeni treyleri yayımlanıb və müğənninin uşaqlarla dostluğundan danışdığı səs yazıları ilk dəfə olaraq ortaya çıxıb.

Tezadlar.az bu barədə “The Guardian”a istinadən xəbər verir.

Bu yazılarda Cekson uşaqların təbii olaraq ona aşiq olduğunu iddia edir. Lakin müğənni bəzən uşaqların ona toxunmaq istəyinin problemə səbəb olduğunu bildirib. Bu ifadə üçün heç bir izahat verilməyib.

Həmçinin, yazıların birində Cekson uşaqlarla təması qadağan olunarsa, intihar etməyə hazır olduğunu deyir.

Bir müddət əvvəl amerikalı müğənni Maykl Ceksonun böyük bacısı La Toya Ceksonun yeni görüntülərdə görünməsi pərəstişkarlarını qorxutmuşdu.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!