11 İyun 2022 / 19:15

LEYSAN İNSAN TƏLƏFATI İLƏ NƏTİCƏLƏNİB

Türkiyənin paytaxtı Ankarada leysan şəhər sakinlərinin həyatını iflic edib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, aramsız yağışlar nəticəsində bir nəfər həyatını itirib

Ankara Böyükşəhər Bələdiyyəsindən verilən məlumata əsasən, leysan səbəbindən şəhərin əksər yerlərində keçidlər su ilə dolub. Bəzi küçə, bulvar və küçələrdə nəqliyyatın hərəkətində fasilələr yaranıb. Ən çox leysan və sel Ankaranın Çankaya rayonuna təsir edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!