2 Fevral 2026 / 16:19

Barış Murat barəsində verilən qərar “Survivor”dakı iştirakına da son qoydu

Aktyor Barış Murat Yağcı “Survivor 2026” yarışmasından diskvalifikasiya edilib.

Xəbər verdiyimiz kimi,  Barış Murat Yağcı barəsində Türkiyədə aparılan narkotiklə bağlı əməliyyat çərçivəsində saxlanılma qərarı verilib.

Tezadlar.az  xəbər verir ki, bu səbəbdən yarışmanın istehsalçı heyəti Yağcının proqramda iştirakına rəsmi şəkildə son qoyub.

Eyni zamanda qeyd olunub ki, Yağcı yarışma zamanı Dominikan Respublikasında olduğu üçün barəsində verilən saxlanılma qərarı dərhal icra olunmayıb. Lakin yaranmış vəziyyət və hüquqi problemlər nəzərə alınaraq, onun şouda qalması mümkün hesab edilməyib və o, diskvalifikasiya olunub.

Bununla yanaşı bəzi mənbələrdə Yağcının yarışma qaydalarını pozduğu, texniki heyətə aid ərzaqları götürdüyü üçün cəza aldığı, daha sonra sözügedən hadisələrin yaşanması qərara təsir edib.

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!