Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Fevral 2026 / 12:13

Bu gün həm də onun günüdür: Yusif Günaydın-75!

…Bu gün- fevralın 3-ü uzun illər mədəniyyət sferasında çalışan insanlardan birinin ad günüdür, 75 yaşı tamam olur. Həyatda görüşməsək də, onu “sehirli güzgüdən” tanıyıram. Yəqin ki, “Qərib Axşamlar” verilişini unutmamısınız. Yadınızdadırsa, bu verilişi AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Yusif Günaydın aparırdı. Xaricdə yaşayan soydaşlarımızı bu verilişə dəvət edir, ölkəyə tanıtdırırdı…
…Haqqında geniş məlumatım olmadığı üçün, barəsində çox danışa bilməyəcəm. Amma axtarıb əldə etdiyim bir şeirini sizə təqdim etmək istəyirəm. Necə deyərlər, şairi bir misrasından da tanımaq olur…
“Dodaqların moruq qoxur,
Tamarzıyam bu qoxuya.
Uzaq yollar yorğunuyam,
Qoynunda gedim yuxuya…
Moruq ətrinə oyanıb,
İsa Məsih diriləndə.
Bu qoxudur bizi üzən,
Odu bizi dirildən də!
Bu həyatın nəfəsidir,
Ülvi bir adın qoxusu.
Kişi qanını qaynadır,
Odlu bir qadın qoxusu.
Ömür mum kimi əriyir,
Günlər, aylar dığırlanır.
Topuqlarıma dolaşır,
Payızın boz cığırları.
Tanrım mənə rəhm eləsin,
Azca möhlət versin barı.
Axı yenə moruq qoxur
O gözəlin dodaqları…”
…Yusif müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ağrı-acısız həyat arzulayıram. Qoy heç vaxt “qadın qoxusu”na həsrət qalmasın!..
Elman Eldaroğlu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!