Əsas məzmuna keç

“Xəstələndim, gözüm açıldı, ətrafa baxdım və hər şeyi gördüm…”

Əməkdar artist Elxan Şirinov “Həmin Zaur” verilişində qonaq olub.

Tezadlar.azxəbər verir ki, sənətçi Zaur Kamalın “İllər əvvəl xəstələnməsəydiniz, indi hansı zirvədə olardınız” sualına belə cavab verib:

“Yeganə adamam ki, 2008-ci ildə Moskvada olanda dedim: ‘Ya Rəbbim, nə yaxşı ki, məni vaxtında xəstələndirdin’. Çünki xəstələndim, gözüm açıldı, ətrafa baxdım və hər şeyi gördüm. Dünyanın gözəlliyi indi mənim üçün tam başqadır. Mən indi çox gözəl bir yerdəyəm”.

Qeyd edək ki, sənətçi 2008-ci ildə beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra onun sağ əlində problem yaranıb.

axşam.az

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…