Əsas məzmuna keç

VAQİF BAYATLI ODƏR: “Unutdular məni, unutdular…”

VAQİF BAYATLI ODƏR ŞEDEVRİ: Unutdular məni, unutdular…
…könül bağladığım adamlar,
sirr verib sirrini saxladığım adamlar,
yanlarında ağladığım adamlar, dünya gələ-gedə
çıxmaz yadımdan.
əlim əllərindən çəkilməmiş,
yıxıq könüllər tikilməmiş,
qonur gözlərimə
qara torpaqlar tökülməmiş
unutdular, məni unutdular…
görünmədim gözlərinə,
görünmədim gözlərinə
göz görmədi
könül unutdu…
görünmərəm gözüm dörddü,
bu dünyada yaman dərddi
görünməzsən, unudarlar.
düşünürəm öz dalımca
gözüm dolur.
hamı səni unudanda
bu yalanlı dünyada
ölümlər gerçək olur…
(tezadlar.az)
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…