Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə danışıqları davam etdirdikləri üçün onların nəticələri barədə hələlik heç bir məlumat yoxdur.
Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Danışıqlar bu gün davam edir, ona görə də hər hansı bir nəticə çıxarmaq üçün hələ tezdir”, – deyə Dmitri Peskov vueğulayıb
Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya nümayəndə heyəti danışıqların gedişatı ilə bağlı ən son məlumatları Rusiya prezidenti Vladimir Putinə operativ şəkildə çatdırır.
Xatırladaq ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. İkinci mərhələ isə bir gün əvvəl başlayıb.
JASMİN