Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusların işğal etdiyi Xerson vilayəti və Krım istisna olmaqla, demək olar ki, bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.
Tezadlar.az bildirir ki, bu barədə Telegram-da hava xəbərdarlığının xəritəsi də yayılıb. Demək olar ki, bütün Ukrayna raket zərbələri təhlükəsi zonasına düşüb: saat 12:44-də Ternopil və Çernivtsi, Lvov və Donetsk vilayətlərində, ondan əvvəl isə Transkarpatiyada hava hücumu siqnalı əlavə edilib. Siqnallar bir saatdan çox davam edib. Dnepropetrovsk vilayətində saat 13:51-də hava hücumunun sonu, bir dəqiqə sonra – Kiyevdə və bir sıra digər bölgələrdə də başlayıb. Saat 13.58-də hava hücumu iki bölgədə qalıb: Donetsk və Luqansk.
Xatırladaq ki, Rusiya hücuma keçə bilmədiyindən raket zərbələrindən istifadə edilir. Özü də hara gəldi atılır…
A.Məmmədli