Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rəqqasə və xına mərasimlərinin təşkilatçısı Fatimə Fətəliyeva şair, xına mərasimlərinin təşkilatçısı və aparıcısı Nazilə Səfərlidən üzr istəyib.
Tezadlar.az xəbər verir ki, sənətçi “Xəzər axşamı” verilişində ona müraciət edərək barışıq əli uzadıb:
“Bu məsələ getdikcə uzanır. Bəziləri istəmir barışaq. Amma məni istəyən insanlar bilir ki, mən o hisslərlə yaşaya bilmərəm. Mən səbrsiz insanam, amma artıq bu şeylərdən uzağam. Mən qaynanam Mehtab xanımın sözünü yerdə qoymaram. Buradan Nazilə xanıma demək istəyirəm ki, gəlin bu söhbəti Novruz bayramına saxlamayaq. Barışıq elan edirəm, Allah mərdimazarı bizdən uzaq eləsin, gözümüz gözümüzə baxa bilsin. O da bir anadır, zəhmetkeş qadındır. Nazilə xanım, oldu keçdi, sizi öpür, bağrıma basıram. Canım mənim, üzrlü sayın”.
Qeyd edək ki, iki xanım arasındakı gərginliyə, qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla” sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.