Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bayden administrasiyası Ukraynaya əlavə 1 milyard dollar dəyərində hərbi yardım ayırır.
CNN-in xəbərinə görə, bu barədə ABŞ Prezident Administrasiyasının rəsmisi bildirib. Qeyd olunub ki, yardım paketinə əlavə haubitsalar, sursat və sahil müdafiə sistemlərinin daxil olacağı gözlənilir.
Məlumata görə, hərbi yardım paketinə daxil olan silah və sursatlar həm tezliklə göndərilməsi üçün ABŞ-ın mövcud ehtiyatlarından, həm də Ukraynaya uzunmüddətli tədarük üçün yeni kontraktlardan əldə ediləcək.