14 İyul 2021 / 12:21

AZƏRBAYCANDA RƏSMİ QEYDİYYATDA OLAN NARKOTİK İSTİFADƏÇİLƏRİ NƏ QƏDƏRDİR?

“2020-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rəsmi qeydiyyatda olan 33 min 788 narkotik istifadəçisi var”.

Bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Onun sözlərinə görə, narkotik istifadəçilərinin 618-i qadındır: “9 nəfər 15-17 yaş arasında olanlardır. Əvvəlki illərlə müqayisədə fərq elə də çox deyil. Lakin qeydiyyatda olmayanlar da var. Fikrimcə, artım var, lakin o qədər də böyük deyil”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!