Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

M.Ə.Sabirin Bakının mərkəzində olan heykəli sonradan Balaxanıya – onun dərs dediyi məktəbin qarşısına gətirilib qoyuldu. Lakin heç bir kəs maraqlanmır ki, bəs şairin dərs dediyi məktəb hanı?
Bunu “Təzadlar” qəzetinə verdiyi müsahibədə Bakı milyonçusu Hacı Sultan Əli Haşiminin nəticəsi Rəna Əliyeva (Haşimi) bildirib.
“Mən Kürdəxanıdakı ulu babama məxsus tarixi memarlıq abidəsinin – məscidin bərpasını və gələcək nəsillər üçün qorunmasını istəyirəm. Bilirsiniz, heç Mədəniyyət Nazirliyini demirəm, axı ölkəmizdə hacıların sayı-hesabı yoxdur. Elə adam var ki, pulunun çoxluğundan dəfələrlə gedib Həcc ziyarətinə. On dəfə getdiyi ilə öyünənlər var. Bu din adamlarının necə ola bilər ki, gözü önündə belə bir məscid dağılıb gedir, amma onların tükü belə tərpənmir? Belə şəxslərin hacı olması, yaxud özünə hacı titulu götürməsi nə dərəcədə düzgündür? Mən baş verənlərlə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yazılı müraciət etmişəm. Məni Heydər Əliyev Fondunda qəbul ediblər və dinləyiblər. Qəbuldan sonra 2024-cü ildə Sabunçu RİH-dən zəng edib bildirdilər ki, məscidin bərpası ilə bağlı imkanları yoxdur, həm də Mədəniyyət Nazirliyinin balansındadır və məzarlıqlarla da bələdiyyə məşğuldur və s. Yəni, Fonddakı qəbuldan sonra yönəldildiyim RİH bu işdə gücsüz olduğunu bildirdi. Onu da xatırlatmaq istəyirəm ki, M.Ə.Sabirin Bakının mərkəzində olan heykəli sonradan Balaxanıya – onun dərs dediyi məktəbin qarşısına gətirilib qoyuldu. Lakin heç bir kəs maraqlanmır ki, bəs şairin dərs dediyi məktəb hanı? Bu gün həmin məktəbi küftəçiyə, yeyib-içmək məkanına çevirənlər həm babamın, həm də şairin ruhuna hörmətsizlik etmiş olurlar. Təklif edərdim ki, milyonçunun nəticəsi – varisi olaraq həmin məkan mənə verilsin və mən orada kitabxana, yaxud şahmat evi və bu qəbildən maarifləndirici bir ocaq yaradım. Mən uzun illər bu yolda təkbaşına mücadilə vermiş biri kimi bu dəfə sizin “Təzadlar” qəzetiniz – mətbuat vasitəsilə tarixi abidəimizə qarşı bu diqqətsizliyi ictimailəşdirmək və bir daha aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm. Bəlkə səsimə səs verən tapıldı… Bilirəm ki, Mehriban xanım Əliyeva belə məslələrə çox həssas yanaşır. Gördüyü işlər göz önündədir. Əminəm ki, məni bu böyük layihənin həyata keçirilməsində yalqız buraxmaz…”, – deyə Rəna Əliyeva bildirib.
Qeyd edək ki, Rəna xanın hazırda Türkiyədə yaşayır.
Daha ətraflı linkdə: Milyonçu Haşiminin nəticəsindən şok ittiham: “Babamın məktəbində küftəxana açıblar”
JASMİN