Məhkəmə ilkin mərhələdə iddianı icraata qəbul edib. Lakin iş bununla yekunlaşmayıb.
İddia ərizəsinə verilmiş son dəqiqləşməyə əsasən, tərəf yalnız mülkiyyət hüququnun tanınmasını deyil, həm də 2018-ci ildə bağlanmış iki bağışlama müqaviləsinin və 2022-ci ildə bağlanmış “müqavilənin ləğvi” sənədinin etibarsız hesab edilməsini istəyir. Belə ki, 22 dekabr 2018-ci il tarixdə Ağabala Mirbəkir oğlu Şıxıyev tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış mənzillərlə bağlı müqavilə;
20 dekabr 2018-ci il tarixdə Məlahət Qinyaz qızı Fərzəliyeva tərəfindən Aybəniz Qinyaz qızı Şıxəliyevaya bağışlanmış əmlakla bağlı müqavilə; 21 iyul 2022-ci il tarixdə tərəflər arasında bağlanmış “müqavilənin ləğvi” sənədi.
Maraqlıdır ki, ilkin iddiadan fərqli olaraq, son dəqiqləşmədə bağışlama müqavilələrinin digər tərəflərinin də cavabdeh qismində işə cəlb olunması xahiş edilir. Bu isə işin həm hüquqi, həm də faktoloji baxımdan daha mürəkkəb xarakter aldığını göstərir.
Əgər məhkəmə bağışlama müqavilələrini etibarsız hesab edərsə, həmin müqavilələr əsasında yaranmış mülkiyyət hüquqları hüquqi qüvvəsini itirə bilər. Bu isə əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması məsələsini gündəmə gətirəcək. Yəni əmlaklar tam olaraq Mövlam Şıxəliyevin sahibliyinə qaytarıla və nəticə etibarilə müsadirə edilərək hərrac yolu ilə satıla, əldə olunan vəsait isə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə yönəldilə bilər.

Xatırladaq ki, Mövlam Şıxəliyev, eləcə də MTN-in İstintaq İdarəsinin şöbə rəisləri Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərov 2021-ci ildə həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlardan biri mütəşəkkil cinayətkar dəstə yaratmaqla iş adamlarına və sahibkarlara qarşı cinayət əməlləri törətmək olub.
İstintaqın qənaətinə görə, general Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstədə 3 polkovnik rütbəli şöbə rəisi fəaliyyət göstərib. Onlar dövlətin gücündən istifadə etməklə 36 Azərbaycan vətəndaşından ümumilikdə 20 milyon manata yaxın rüşvət və əmlak əldə ediblər.

Mövlam Şıxəliyevin həbsindən sonra onun və ailə üzvlərinin əmlakları üzərinə həbs qoyulmuşdu. Zərərçəkənlər əmlakların alınması üçün sərf olunan vəsaitləri Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyini, həmin vəsaitləri leqallaşdırmaq və iz azdırmaq üçün əmlakları ailə üzvlərinin adına rəsmiləşdirildiyini iddia edirlər.

Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi – 482 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kv.m sahəsi olan daşınmaz əmlak – 770 min 609 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi – 35 min 500 manat;
Nizami rayonu, Qara Qarayev prospekti, 39A ünvanında yerləşən daşınmaz əmlak – 974 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak – 214 min manat;
Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak – 31 min 500 manat;
Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlak – 39 min 528 manat.
Bunlar isə( yuxarıdakılar) Mövlam Şıxəliyevin adında olanlardır.

Bu isə onun həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına olanlar:
Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7A ünvanında yerləşən daşınmaz əmlak – 26 min 240 manat;
Ağdaş şəhəri, H. Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan əmlak – 17 min manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686K ünvanında yerləşən daşınmaz əmlak – 37 min 600 manat;
Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak – 400 min manat;
Nərimanov rayonu, M. Əlizadə küçəsi, ev 134A ünvanında yerləşən 403,3 kv.m sahəsi olan daşınmaz əmlak – 1 milyon 452 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 535 min 653 manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kv.m sahəsi olan daşınmaz əmlak – 738 min 711 manat.
Digər ailə üzvlərinin adına olan əmlaklar
Qızı Samirə Əliyevanın adına:
Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 – 167,3 kv.m, 650 min 719 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanı – 214,3 kv.m, 257 min 172 manat;
Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanı – 1087,7 kv.m, 1 milyon 305 min 240 manat.
Şıxəliyevin oğlunun adına sənədləşdirilmiş əmlaklar isə göz oxşayır:

Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 – 360 min manat;
Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak – 714 min 985 manat.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev və dəstə üzvləri Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli biliniblər.
XXX
Xatırlatma: məhkəmə hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Əliyev 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmlə Mövlam Şıxəliyevin əmlakları müsadirə edilsə də, həyat yoldaşı Aybəniz Şıxəliyevanın və övladlarının əmlakları özlərinə qaytarılıb. Zərərçəkmişlər hökmün müsadirə hissəsinin ədalətsiz olduğunu bildirirlər. Onların iddiasına görə, Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilmiş əmlaklar faktiki olaraq Mövlam Şıxəliyevin cinayət yolu ilə əldə etdiyi vəsaitlər hesabına alınıb.
XXX
Sonda: sual olunur, həbsxanalarda əriyən- yox olan həyatı bu cür qanunsuz yollarla əldə edilmiş var- dövlətə qurban verməyə dəyərdimi???
SƏBUHİ




