Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Neçə ildir ki, Bakıda məşhur şadlıq sarayları mərasim evinə çevrilməkdədir… İddia etmirik ki, son illər toylar azalıb, yaxud ölənlərimiz çoxalıb… Bunu sosial sahələr üzrə mütəxəssislər və statistika ekspertləri deyə bilər. Amma faktdır ki, hazırda ailə quran gənclərin orta yaş həddi 30-40 arasıdır. Halbuki 10-15 il əvvəl bu hədd 22-27 olardı.
Nə baş verir? “Təzadlar”ın əməkdaşları bu istiqamətdə araşdırma yazı hazırlayıb, təqdim ediləcək. Hələlik onu qeyd edirik ki, bir vaxtlar Bakının məşhur və reytinqli, bahalı şadlıq sarayı olan “Tural” şadlıq sarayı (Zooparkın qarşısı) uzun illərdir mərasim evinə çevrilib… Bu sırada 8 KM- də yerləşən “Siyaqut” və digər şadlıq sarayları da var…
Siyahı böyükdür və təqdim olunacaq.
A.Məmmədli