Əsas məzmuna keç

Abşeron yarımadası və Bakı ərazisinə düşən dolunun diametri 4 millimetrədək qeydə alınıb

Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…