19 İyun 2022 / 07:36

TÜRKİYƏ HƏRBÇİLƏRİ İRAQIN ŞİMALINDA 9 TERRORÇUNU ZƏRƏRSİZLƏŞDİRİB

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında antiterror əməliyyat keçirən qüvvələri tərəfindən terrorçulara növbəti dəfə ağır zərbə vurulub.

Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Bildirilir ki, pilotsuz uçuş aparatlarının dəstəyi ilə “Pençe-Kilit” antiterror rayonunda dəqiq zərbələr əsasında 9 PKK terrorçusu məhv edilib.

Ölkə daxilində və dövlət sərhədinin İraq hissəsində, eləcə də Suriya səmtində antiterror əməliyyatları davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!