Əsas məzmuna keç

“Vallah öpüşdülər, Bayram!” – viral video izləyiciləri güldürdü

Nobel mükafatlı yazıçı Orxan Pamukun eyniadlı romanı əsasında ekranlaşdırılan “Masumiyet Müzesi” serialının çəkilişləri Adanada davam edir.

Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, çəkiliş prosesini kənardan maraqla izləyən kənd sakinlərinin reaksiyası sosial mediada gündəm olub.

Serialın çəkilişlərini uzaqdan təqib edən bir vətəndaşın öpüşmə səhnəsi zamanı verdiyi reaksiya izləyənləri güldürüb. Görüntülərdə həmin şəxsin yanındakı dostuna müraciətlə:

“Vallah öpüşdülər, Bayram… Günahdır, günah!” – dediyi eşidilir.

Kənd sakinlərinin səmimi reaksiyaları və fondakı gülüşmələr qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…