21 Fevral 2026 / 10:00

Cəlil Məmmədquluzadənin “Kefli İsgəndəri”nin məzarı bu kənddədir…

Araşdırmaçı Anar Tağıyev yazır: “…Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin qəhrəmanı Kefli İsgəndərin real şəxsiyyət olduğu bir neçə mənbədən bizə məlumdur. Əslində isə Kefli İsgəndər 1918-ci ildə cavan yaşlarında dünyasını dəyişib. Əslən Ağcəbədi rayonunun Hüsülü kəndindən olan İsgəndər Hacı oğlunun qəbri də elə doğulduğu kənddədir. Dövrün maarifçiləri arasında ziyalılığı, aydın fikirliliyi ilə tanınan bu şəxsin sorağı Mirzə Cəlilə o dövrdə çatır. Bu da təxminən 19-cu əsrin son, 20-ci əsrin ilk illərinə təsadüf edir.
Kefli İsgəndərin məzarının üzərində “Kefli İsgəndər Hacı oğlu” sözləri yazılıb…”.
Görürsünüzmü, tarixdə yazılan qalır, deyilən daha tez itib gedir…
(tezadlar.az)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!