Əsas məzmuna keç

Renka qaz sayğacına görə cərimələnib

renka rena agamuradova c

Rəqqasə Rəna Ağamuradovanın (Renka) başına iş gəlib.  

Tezadlar.az xəbər verir ki, o, yeni aldığı evinə 532 manat qaza borc gəlib.

Rəna mənzilə 2 aydır köçdüyünü və bu qədər qazı istifadə etmədiyini iddia edib:

“Bəlkə kimsə bunu yaşayıb. Yeni aldığım ev üçün qaz borcu gəlib. 1 aya 532 manat borc gəlib. Fikirləşdim ki, necə 1 aya bu qədər pul yığıla bilər? Zəng vurdum və dedilər ki, məndən əvvəl yaşayan adamların sayğacını cərimə ediblər. Nədənsə borc indi gəlir. Həmin adamları indi tapa bilmərəm. Məhkəməyə versəm, bunu alındıra biləcəyəm?”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…