Əsas məzmuna keç

Röya Tbilisiyə gedir: MÜĞƏNNİ “TƏZADLAR”A GÖRÜN NƏLƏRİ AÇIQLADI…

Müğənni Röya Ayxan Tbilisidə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək. Tezadlar.az bildirir ki, əməkdaşımıza bu barədə danışan Azərbaycanın xalq artistinin möhtəşəm səhnə şousu 21 mart tarixində Tbilisi Sports Palace səhnəsində baş tutacaq. Təşkilatçıların da verdiyi məlumata görə, konsert proqramında Röya Ayxanın illərdir sevilən hit mahnıları ilə yanaşı, yeni ifaları da yer alacaq. Müasir işıq və səhnə effektləri ilə müşayiət olunacaq gecədə tamaşaçılara unudulmaz anlar vəd edilir.

Qeyd edək ki, Röya Ayxan uzun illərdir Azərbaycan estradasının ən parlaq simalarından biri kimi geniş dinləyici auditoriyasına malikdir. Onun konsertlərinin hər zaman anşlaqla keçdiyi nəzərə alınarsa, Tbilisidə keçiriləcək bu ilk solo proqramın da böyük maraq doğuracağı gözlənilir.

Nə deyək, uğurlar!

Elçin MƏMMƏDLİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…