27 Fevral 2026 / 12:14

Xalq artisti özünü ictimai platformada “vor zakon” kimi aparan aparıcılardan yazdı

“Axır ki, aidiyyatı qurumlar hərəkətə keçdi. Düşünürəm ki, bu müvəqqəti xarakter daşımayacaq. Yəni ara sakitləşəndən sonra hər şey yenidən öz axarına qayıtmayacaq”.

Tezadlar.az  xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva feysbuk səhifəsində yazıb. Aktrisa son günlər verilişlərlə bağlı tənqidlərə qoşulub.

“Efirdən uşaq, böyük bilmədən təhqiramiz sözlər işlədən, ictimai platformada “razborşiklik” edən, nalayiq hərəkətlərlə insanların əsəbi ilə oynayan, dövlət tərəfindən verilən statusa hörmətizlik edib, “Xalq artisti kimdir ki? Onların aça bilmədiyi qapını mən təpiklə açıram” deyən, qeyri-adekvat bir aparıcıya necə canlı efir həvalə etmək olar? Axı televiziyaları bütün dünya izləyir. Kölgəsini belə televiziyaya buraxmaq olmaz. Kanalına hörmət edən rəhbər bunu özünə rəva görüb, televiziyanı hörmətdən salmaz. Ayıbdır. Sponsorlara isə üzümü tutub demək istəyirəm ki, əzizlərim, əgər sizdə vətənpərvərlik hissi varsa, xalqın mənəviyyatına zərbə vuran istedadsızlara yox, mədəniyyətmizi layiqincə təmsil edə biləcək, istedadlı savadlı, işıqlı insanlara dəstək olun”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!