Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Mart 2026 / 11:12

Avtoxuıiqanlıq edib sosial şəbəkədə paylaşan Fariz İsmayılov həbs edildi – VİDEO

“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!