Əsas məzmuna keç

Bavariyanın Baş nazirinin müavini Almaniyada oteldə ölü tapılıb

Bavariyanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Hubert Ayvanger Berlindəki otelində ölü tapılıb.

Tezadlar.az xəbər verir ki, alman mediasının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Azad Seçicilər (Freie Wähler) partiyasının lideri olan 55 yaşlı Ayvanger Berlindəki Neuer Fritz otelində ölü tapılıb.

Ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ayvangerin partiyasının Berlin ofisinin açılışında iştirak etməsi gözlənilsə də, özünü pis hiss etdiyi üçün iştirak etmədiyi və oteldə qaldığı bildirilib.

2006-cı ildə Azad Seçicilər partiyasının Bavariya ştat lideri seçilən Ayvanger, həmçinin 2010-cu ildə partiyanın federal rəhbərliyini öz üzərinə götürüb.

İlk dəfə 2008-ci ildə Bavariya Dövlət Parlamentinə daxil olan Ayvanger 2018-ci il ştat seçkilərindən sonra Bavariya İqtisadiyyat, Dövlət İnkişafı və Energetika naziri təyin edilib və Dövlət Baş nazirinin müavini vəzifəsini icra edib.

Mühafizəkar siyasi mövqeyi ilə tanınan Ayvanger xüsusilə Avropa Birliyinin (AB) qərarlarına qarşı tənqidi münasibəti ilə diqqət çəkib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…