Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Dünən İran tərəfindən Naxçıvana edilən dron hücumu ilə bağlı İran XİN rəhbəri ilə bir neçə dəfə təmasımız oldu”. Tezadlar.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib. Sitat: “Bir daha demək istərdim ki, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır. Dünən İran XİN rəhbəri ilə bir neçə dəfə təmasımız oldu. İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də ən qısa müddətdə nəticələri gözləyəcəyik”.