9 Mart 2026 / 16:20

“Güc və Zəriflik” bir arada – FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu “Güc və Zəriflik” adlı rəsm sərgisi təşkil olundu.
Sərgidə müxtəlif yaş qruplarında 100 rəssam iştirak edirdi. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.

baq yap

Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər:

“Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir”.
Çıxışının sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə xanımları təbrik etdi.
Sədr daha sonra sözü Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya verdi. Elnurə xanım qeyd etdi ki, bu əlamətdar gündə – 8 Mart – Beynəlxalq Qadınlar Günündə sizinlə bir araya gəlməkdən böyük qürur duyuram:

“Bugünkü “Güc və Zəriflik” adlı sərgi qadınların cəmiyyətdəki roluna, onların gücünə, fədakarlığına və incəliyinə həsr olunmuşdur.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyevanı, şəhid analarını və bütün qadınları təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram”.

Qeyd edək ki, sərgidə Aflow ART Studionun rəhbəri Günay Məmmədova , İnci Akademinin rəhbəri İnci Məstəliyeva , Şahanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, FA Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, PANDA School və Saleh Tədris Mərkəzinin müəllimi Elmira Həsənova , Core Akademiya Kursunun müəllimi İradə Feyziyeva, Master School Tədris Mərkəzinin müəllimləri Günəş Əsgərova və Nurəddin Məmmədov tələbələri ilə iştirak edirdilər .

bq mart

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin bədii hissəsi Nemi Hotelin restoranında nahar süfrəsi arxasında davam etdi. Tədbirdə fəxri qonaq olaraq seçki komissiyasının əməkdaşı Bahar Bağırova , jurnalist Anna Mir, ADRA-nın müəllimi Zinaida Mirzəzadə , rəsssm Səadət Nərmin Hacıyeva, Nuranə Zalova , Könül İbrahimova, UNEC-in dosenti Nailə Yusifova , Oxu Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova, XeberTime.az saytının rəhbəri Yeganə Telmanqızı, jurnalist Cəmilə Çebotaryova İspatovna,  operator Xatirə Məmmədova, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnustutunun əməkdaşı Nazlı Nadirova, tibb bacısı Nəzakət Baxışova, iştirak edirdilər.

bqmart

Nemi Hotelin rəhbəri Təhminə Yusifova qonaqları ürəkdən salamladı, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, uğurlar arzuladı. Onları məkanlarında görməkdən çox şad olduğunu bildirdi.

Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.

bqmart

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!