Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və aktyoru Tahir İmanov dini mənsubiyyəti ilə bağlı sosial şəbəkədə yazalara cavab verib.
Tezadlar.az xəbər verir ki, aktyor dini mənsubiyyətini müzakirə edənləri məhkəməyə verəcəyini bildirib:
“Mənə müxtəlif ləqəblər qoşursunuz. Qanun baxımından bizdə dində azadlıqdır.. Yazırsınız ki, Tahirin dini təriqəti belədir… Mən müsəlmanam. Sizdən fərqli olaraq heç kimə ləqəb qoşmuram. Mənim üçün Azərbaycanda yaşayan qardaş, bacı müsəlmandır. Heç kimi təriqətlərə bölmürəm. Xahiş edirəm, bizim şəxsi həyatımıza qarışmayın. Bu, davam edərsə, qanun çərçivəsində addım atacağam. İndi sizə xəbərdarlıq edirəm. Bu, şantaj deyil. Qanun mənə nə icazə verirsə, bunu edəcəyəm. Sonra mənə yalvarmayın ki, ərizəmi geri götürüm”.
Qeyd edək ki, qardaşı, Əməkdar artist Cabir İmanovun vəfatından sonra bir çoxları T.İmanovun vahabi olduğunu yazıb.
Xatırladaq ki, 51 yaşlı Tahir İmanov 2001-ci ildə ““Planet Parni iz Baku” KVN teatrını yaradıb. AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun oğlu, Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.