13 Mart 2026 / 13:08

“DÜYMƏLƏYİR DÜYMƏLƏSİN…”-“XƏZƏR TV”YƏ ETİRAZ!

“DÜYMƏLƏYİR DÜYMƏLƏSİN…”. Televiziya hər bir evin ən yaşlısının və ən kiçiyinin ən yaxın dostudur. Ona görə də televiziyalarda aparılan islahatı, səslərinin yox, sponsorlarının hesabına kanallara asanlıqla yol tapan yarımçılpaq müğənnilərin uzaqlaşdırılmasını alqışlayıram. Təəccüblüdür ki, indi isə cavan oğlanlar, səsləri olmasa da, yaxası açıq şəkildə, sinələrini boğazındakı boyunbağını da nümayiş etdirməklə ekranlara ayaq açıblar. Bu günlərdə belə birisini Xəzət TV- də “Xəzər axşamları” verilişində gördüm. Bu verilişin aparıcısı Mətanət Əliverdiyeva sevilən aparıcı və sevilən aktrisadır. Ancaq öz verilişinə yaxası açıq cavan oğlanı, guya müğənnidir, buraxmaqla həm tamaşaçılara, həm də özünə hörmətsizlik edir.
Ay Mətanət xanım!
“Düymələyir düymələsin,
Düymələmir özü bilsin…” Ancaq milyonlarla tamaşaçıya hörmətsizlik etmək yolverilməzdir. Unutmayın ki, televiziyalarda islahatlar davam edir…
ƏLİQİSMƏT BƏDƏLOV,
JURNALİST
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!