Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Mart 2026 / 16:47

İş adamı Adnan Əhmədzadə barəsində məhkəmədən yeni qərar

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadə barəsində yeni qərar qəbul edilib.

Tezadlar.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Əhmədzadənin həbs müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini 6 ay əvvəl həbs edilib.  Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Və məlum olur ki, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, Azərbaycanın neft sənayesinin nüfuzuna və bazarın şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Hökumət bu kimi əməllərə yol vermiş A.Əhmədzadənin həbsi ilə yanaşı, Azərbaycaın beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur. Ən vacibi, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!