18 Mart 2026 / 20:03

ATV: “Afaqla 10lar” yayımda qalır

Aparıcı Afaq Gəncəlinin “Afaqla 10lar” verilişinin də bağlandığı xəbərləri yayılıb.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Axşam.az-a ATV-nin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli açıqlama verib. O bildirib ki, sözügedən proqram yayımda olacaq.

“Afaqla 10lar” davam edir” deyə, o, əlavə edib.

Qeyd edək ki, ATV-də yayımlanan “Bizimləsən”, “Rəngarəng” verilişlərinin yayımı dayandırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!