Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanın sabiq prezident Mixeil Saakaşvilinin vəziyyəti kritikdir…
Bu barədə onun vəkili Şalva Xaçapuridze məlumat verib və onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti daha da pisləşib. Sitat: “onun vəziyyəti çox pisdir. Üzünün rəngi qaralıb, əlləri qırışıb, üzü 2-3 gündür ölmüş insana oxşayır. Çox ağır vəziyyətdir. Müalicəsinə gəlincə ilk növbədə cəzası təxirə salınmalıdır, sonra onun harada müalicə olunacağına həkimlər qərar verməlidir. Məndə olan məlumata əsasən, Gürcüstanda belə xəstəliklər müalicə olunmur”.
Qeyd edək ki, beynəlxalq çağırışlara baxmayaraq Saakaşvilinin azad edilməsi hələ də mümkünsüz görünür. Ölkənin siyasi hakimiyyəti hələki onun azad edilməsini məqbul saymır.
A.Məmmədli