19 Mart 2026 / 20:47

Televiziyalarda gözlənilməz dəyişiklik

Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur”, ATV-də isə Zaur Baxşəliyevin “Bizimləsən” proqramlarının yayımı dayandırılıb. 

Tezadlar.az-ın məlumatına görə, artıq ötən gün proqramlar yayımlanmayıb.

ARB TV-də “Səni axtarıram”ın əvəzinə “Söhbət var”, “Həmin Zaur”un yerinə isə “İzzət şou”nun təkrarı gedib. ATV-də isə “Bizimləsən” verilişinin saatında “Bəxt üzüyü” filmi göstərilib.

Qeyd edək ki, ATV kanalında “Rəngarəng” proqramının da yayımı dayandırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!