Əsas məzmuna keç

Konsertləri ləğv edilən Andrey Makareviç  İsraildən vətəninə dönə bilmir

andrey makarevic gitarist

Rusiyalı müğənni, gitaraçı Andrey Makareviç Yaxın Şərqdəki hərbi münaqişə başlamazdan əvvəl İsraili tərk edə bilməyib.

 Tezadlar.az  xəbər verir ki, ifaçı indi evindəki pilləkənlərin altında gizlənməyə məcburdur. Bu haqda “Shot” teleqram kanalı məlumat yayıb. Onun konsertləri də ləğv edilib.

Bildirilir ki, Makareviç artıq martda planlaşdırılan Kiprdəki konsertinin vaxtını dəyişib. Belə ki, onun çıxışı noyabrda olacaq. Sənətçinin digər konsertləri  və xarici səfərləri də ləğv edilib.

Musiqiçi hazırda İranın pilotsuz təyyarələrinin hücumlarının ən çox baş verdiyi yerlər olan Tel-Əviv və Hayfa arasında qalıb. O, ailəsi ilə demək olar ki, bütün vaxtlarını bomba sığınacağında keçirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…