21 Mart 2026 / 08:08

İKİ MÜQƏDDƏS GÜNÜN QOVUŞMASI— RUHUN, TƏBİƏTİN VƏ İNSANLIĞIN SEVİNC BAYRAMI!

20 mart 2026-cı ilBu gün təqvimin adi bir günü deyildir. Bu günün  özündə parlaq bir işıq var — sanki kainatın yaddaşında xüsusi olaraqişarələnmiş müqəddəs bir an.  Bu günhəm qədimdən gələn milli varlığımızınrəmzi olan Novruz Bayramı, həm ilahimərhəmət, səbir mənəvi saflaşmaayının zirvəsi olan Ramazan Bayramı eynigündə qovuşur.

Bu, sadəcə təqvim uyğunluğu deyilbu, ruh ilə təbiətin, iman ilə ənənənin, insan iləkainatın harmoniyasıdır.
Bu müqəddəs günə gələn yol isə təsadüfi deyil.
Hər birimiz bu günə doğru addım-addım, dörd müqəddəs çərşənbənin işığında gəldik.

Su çərşənbəsində saflaşdıqbulaqların şəffaflığında qəlbimizi yuduq.
Od çərşənbəsində isindikalovun dili ilə ruhumuzu təmizlədik.
Yel çərşənbəsində oyandıqküləyin nəfəsi ilə içimizdəki durğunluq dağıldı.
Torpaq çərşənbəsində isə dirçəldiktorpağın bağrından gələn həyatın səsini eşitdik.
Bu dörd ünsürün hər biri bu günün mənəvi memarıdır. Onlar bizi təkcə bahara yox, həm özümüzə gətirdi. Sanki insan bu dörd mərhələdən keçərək yenidən doğulurdaha saf, dahamərhəmətli, daha işıqlı, daha sevincli olur.

Novruztəbiətin nəfəsidir. O, torpağın oyanışı, çiçəyin gülümsəyərək açması, günəşinyenidən ümidlə doğmasıdır.

Novruzyaddaşımızdır, kökümüzdür, milli kimliyimizin poetik ifadəsidir. Bu bayramdasəməni təkcə yaşıllıq deyilhəyatın davamlılığıdır; tonqal təkcə od deyilqaranlığa qalibgələn işıqdır.

Ramazan bayramı isə qəlbin baharıdır. Orucla keçən günlərin səbrini, gecələrin dualarını, insanınöz nəfsi üzərində qələbəsini təcəssüm etdirir.

Bu bayrambağışlamağın, paylaşmağın, mərhəmətin bayramıdır.

Bu gün insan yalnız özü üçün deyil, başqaları üçün yaşayır.

Bu iki böyük bayramın eyni gündə qovuşması isə sanki bir İlahi bildirişidirinsan həmtəbiətlə, həm Tanrı ilə harmoniyada olanda kamilliyə çatır.

Bu, həm milli, həm mənəvi bütövlüyün təntənəsidir.

Bu gün biz bir Xalq, Millət, Dövlət olaraq , Birlikdə olaraq, Dəmir Yumruq kimi Monolitolaraq yalnız bir bayramı deyil, iki böyük dəyəri birlikdə qeyd edirik. Bu gün süfrələrimizdəkinemətlərin dadı daha şirindir, çünki o nemətlər həm torpağın bərəkətindən, həm Ramazan hikmətindənsəbrindən gəlir.

Bu gün qapılar daha açıq, ürəklər daha genişdir.

Gəlin bu müqəddəs gündə bir daha dayanıb düşünək:

qədər sevdiklərimizi dəyərləndirə bilirik?
qədər bağışlamağı, mərhəmətli, xeyirxah olmağı bacarırıq?
qədər insan qala bilirik, insanlığı sevə bilirik?..

Bu gün kinləri unutmaq, inciklikləri silmək, qırılan körpüləri yenidən qurmaq günüdür.
Bu gün həm torpaq kimi səbirli, həm su kimi saf, həm od kimi işıqlı, həm yel kimi azad olmaqgünüdür.

Əziz günlərin arzuları.
Əziz dostlar, qohumlar, tanışlarhəmkarlar!
Hər birinizə bu müqəddəs gün münasibətilə ən səmimi, ən ülvi arzularımı çatdırıram.
Qoy bu iki bayramın birləşdiyi bu nadir gün həyatınıza işıq gətirsin. Qoy evlərinizdənsevinc, süfrələrinizdən bərəkət, qəlblərinizdən iman əskik olmasın.
Qoy baharın təravəti ruhunuza hoparaq sizi yeni uğurlara aparsın.
Qoy Ramazan nuru qəlbinizə əbədi sakitlik bəxş etsin.
Bu gün təkcə bir təqvim günü deyilbu gün insan olmağın, sevməyin, bağışlamağın, yaşamağın bayramıdır.

Novruzumuz-Baharımız  mübarək!

Ramazan bayramımız mübarək!

BU MÜQƏDDƏS BAYRAMLARIMIZ XALQIMIZA, MİLLƏTİMİZƏ, DÖVLƏTİMİZƏ, PREZİDENTİMİZƏ, ORDUMUZA, HƏR BİRİMİZƏ SÜLH, ƏMİN-AMANLIQ, BOL RUZİ-BƏRƏKƏT, SAĞLAMLIQ, XOŞBƏXTLİK GƏTİRSİN!!!
BAYRAMLARIMIZ MÜBARƏK OLSUN!!!

Əlövsət Qaraca ƏLİYEV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın

"Əlövsət Qaraca ƏLİYEV" etiketi üzrə xəbərlər

Link kopyalandı!