Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyevin vəfatının üçüncü ildönümü ilə bağlı ürəkdağlayan paylaşım edib. Tezadlar.az – ın məlumatına görə, aktrisa sosial şəbəkə hesabında həyat yoldaşının yoxluğunun yaratdığı boşluqdan bəhs edib.
Sənətçi qeyd edib ki, zaman keçsə də, itkinin acısı azalmır, əksinə daha da dərinləşir:
“Bu gün sənsiz keçən 3-cü ildir. Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır. Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi. Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan. Xatirələrdə, dualarımda həmişə yanımdasan. Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan. Ruhun şad olsun. Mən sənin üçün hər gün daha çox darıxıram” – deyə aktrisa təsirli paylaşım edib.
Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 2023-cü ilin bu günündə ağır yol qəzası nəticəsində dünyasını dəyişib.
Səbinə Bağırova
