22 Mart 2026 / 14:11

“Onun səsi illər ötsə də yaşayır” – Abbasağa Əlizadə unudulmaz sənətkarı belə andı – FOTO

Tezadlar.az xəbər verir ki, tanınmış sima Abbasağa Əlizadə mərhum Xalq artisti, Azərbaycan musiqi mədəniyyətinin əvəzolunmaz simalarından olan nənəsi Rübabə Muradovanın doğum günü ilə bağlı paylaşım edib.

O, şəxsi sosial şəbəkə hesabında sənətkarın fotosunu paylaşaraq bu sözləri qeyd edib: “Bu gün mərhum Xalq artisti, nənəm Rübabə Muradovanın doğum günüdür. Onun səsi, sənəti və bənzərsiz ifaları illər ötsə də yaşayır, sevilir. Ruhu hər zaman şad olsun!”.

Qeyd edək ki, unudulmaz ifaları ilə qəlblərdə taxt quran Rübabə Muradova Azərbaycan musiqisində silinməz izlər qoyub.

Səbinə Bağırova 

 

Screenshot Chrome

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!