…Ürək damarlarının daralmasının qarşısını almaq üçün hazırda ən çox stend qoyulmasından istifadə edilir. Nevroloq Mirzə Qaraşov Bu barədə fb statusunda maraqlı məsləhətlə çıxış edib. Sitat: “Son zamanlar ürək damarlarına stent qoyulduqdan az sonra kifayət qədər serebral (beyin) ağırlaşmalar rast gəlinir bir çoxları bunu stent in düzgün qoyulmaması və ya xolesterin əleyhinə dərmanların düzgün dozalanmaması ilə əlaqələndirir. İş orasındadır ki, bu əməliyyatların demək olar ki, hamısı Türkiyə Respublikasında təhsil almış həkimlər tərəfindən aparılır. Ona görə də əməliyyatın keyfiyyəti və dərmanların düzgün dozalanmaması daha az ağlabatan variantdır. Mən bunu daha çox “Oğurlanma sindromu” ilə izah edərdim. Belə ki, ateroskleroz həm beyin damarlarını, həm də ürək damarlarını demək olar ki, bərabər surətdə zədələyir. Koronar damarlara stent qoyulduqda isə qan axının ürək damarlarında artması paralel olaraq beyin damarlarında işemiyanın daha çox güclənməsinə səbəb olur. Yaxşı olardı ki, invaziv kardioloqlar koronar damarların angioqrafiyasını serebral angioqrafiya ilə yanaşı aparaydılar. Və ya heç olmasa serebral damarların doppleroqrafiyasını mütləq aparaydılar. Əgər hər iki nahiyədə – həm koronar, həm də serebral damarlarda təxminən eyni dərəcədə tutqunluq olarsa, ya bu əməliyyatlar eyni zamanda aparılsın, ya da ümumiyyətlə heç biri aparılmasın-medikamentoz müalicəyə üstünlük verilsin…
P. S. Mən ümumiyyətlə stent və aorta koronar şuntlamanın əleyhinə çıxmıram. Son illər Azərbaycanda kardiologiya çox sürətlə inkişaf edib. Yüzlərcə, minlərlə xəstəni ölümün pəncəsindən xilas ediblər. Ölkəmizdə demək olar ki, bütün kardioloji cərrahi əməliyyatlar keçirilir. Təcili hallarda stent qoyulması və Akş əməliyyatlarının əvəzi yoxdur. Mən yazdıqlarım yalnız planlı invaziv proseduralar üçün nəzərdə tutulub…”.
“Təzadlar”