30 May 2026 / 09:19

ABŞ-da İsrail-Livan danışıqlarının dördüncü raundu doqquz saat davam edib

ABŞ-da keçirilən İsrail və Livan arasında danışıqların dördüncü raundu Pentaqonda doqquz saatdan çox davam edib.

İsrail və Livan arasında danışıqların dördüncü raundunun ABŞ-da keçirildiyi bildirilib.

Hər iki ölkənin hərbi nümayəndə heyətlərinin qatıldığı görüş ABŞ Müdafiə Nazirliyində (Pentaqon) baş tutub və doqquz saatdan çox davam edib.

Tezadlar.az xəbər verir ki, Livan mediası gecə saatlarında başa çatan görüş barədə məlumat yayıb.

Məlumatlarda İsrail tərəfinin “Hizbullah”la əlaqəli olduğunu iddia etdiyi yerlərlə bağlı xəritələr və kəşfiyyat məlumatları təqdim etdiyi və “Hizbullah”ın istifadə etdiyi dronlar məsələsini qaldırdığı bildirilib.

İsrailin təhlükəsizlik məsələləri ilə bağlı normallaşma tələb etdiyi, Livan tərəfinin isə bunun hərbi deyil, siyasi qərar olduğunu iddia edərək bunu rədd etdiyi bildirilib.

Media həmçinin hərbi danışıqlarla bağlı bu gün Vaşinqtondakı Livan səfirliyində icmal iclasının keçiriləcəyini bildirib.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal etdi.

Bu dövrdə Livan hökuməti ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.

14-15 may tarixlərində ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında keçirilən üçüncü danışıqlardan sonra atəşkəsin 17 may tarixindən etibarən 45 gün uzadılması və iyunun əvvəlində dördüncü danışıqların keçirilməsi qərara alınıb.

Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubundakı hücumlarını və evlərin sökülməsini davam etdirir, “Hizbullah” isə İsrail əsgərlərinə qarşı hücumlar həyata keçirir və onların atəşkəsi pozduğunu iddia edir.

İsrailin Baş naziri Benyamin Netanyahu da 25 mayda orduya Livana hücumları gücləndirməyi tapşırdığını bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!