Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Xalq artisti, Azərbaycanın pop kraliçası Röya Ayxan növbəti solo konserti ilə pərəstişkarlarının qarşısına çıxıb. Bakı Konqres Mərkəzində baş tutan möhtəşəm gecə musiqi və vizual şou ilə yadda qalıb.
İki fərqli obraz, bir möhtəşəm səhnə
Gecənin açılışını xüsusi dizayn edilmiş, gözqamaşdırıcı qırmızı libasda edən sənətçi, konsertin gedişatında obrazını dəyişib. O, ikinci hissədə səhnəyə leopard naxışlı geyimdə çıxaraq həm tərzi, həm də enerjisi ilə izləyiciləri heyran qoyub.
“Yanındayam” — Röyadan pərəstişkarlarına sürpriz
Təxminən 2 saat davam edən konsert proqramında Röya Ayxan keçmişdən bu günə qədər hitə çevrilmiş mahnılarını ifa edib. Gecənin ən böyük sürprizi isə müəllifi Miroya məxsus olan “Yanındayam” adlı yeni bəstənin ilk dəfə təqdim olunması olub.
Səhnədə ulduzlar keçidi
Xalq artistini bu özəl günündə duet tərəfdaşları da tək qoymayıb. Səhnədə Röya ilə birlikdə:
Tunar Rəhman
İsmail Zadə
Nicat Rəhimov çıxış edərək sevilən duetləri canlı səsləndiriblər. Tam anşlaqla keçən konsert həm vizual görüntüləri, həm də səmimi atmosferi ilə ilin ən yaddaqalan musiqi hadisələrindən birinə çevrilib.
Səbinə Bağırova