Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın 76 yaşlı Xalq artisti Mixail Boyarskinin ailəsi yenidən böyüyüb. İndi “Dartanyan və üç müşketyor” filminin baş qəhrəmanı – Dartanyanı oynayan aktyor qürurla çoxuşaqlı baba titulunu daşıyır.
Sənətkarın böyük oğlu Sergey Boyarski beşinci dəfə ata olub. Körpə bu ilin fevral ayının sonunda dünyaya gəlib. Xoş xəbəri sənətkarın yaxınları da paylaşıb. Şayiələrə görə, siyasətçinin oğlan uşağı dünyaya gəlib, lakin uşağın adı hələlik açıqlanmır.
Mixail Boyarskinin həyat yoldaşı Larisa Luppian xəbəri Rusiya mediasına təsdiqləyib. Lakin aktrisa oğlu Sergeyin şəxsi həyatını gizli saxlamağa üstünlük verdiyi üçün detalları açıqlaya bilməyəcəyini də vurğulayıb.
Qeyd edək ki, Mixail Boyarski artıq bir neçə ildir ki, çoxuşaqlı babadır. Oğlu Sergeyin dörd övladı var. Onun iki qızı, 27 yaşlı Yekaterina və 18 yaşlı Aleksandra ilk həyat yoldaşı Yekaterinadan dünyaya gəlib. Və şəxsiyyətini mediadan gizlətdiyi ikinci həyat yoldaşından isə daha iki oğlu dünyaya gəldi – Mixail və Sergey.
JASMİN