Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Elnur Məmmədov bu günlərdə təqdim etdiyi “Nərgiz” klipinin çəkilişlərində yaşadığı qəzadan danışıb.
Tezadlar.az xəbər verir ki, “Afaqla 10lar” proqramında qonaq olan müğənni ölümdən döndüyünü bildirib: ” Cıdır düzündə, Hacı Zeynalabdın Tağıyevin ev muzeyində olduq. Bir çox yeri gəzdik. Ancaq klip çəkilən zaman qəza yaşadım. Ən hündür və əhilləşdirilmiş atları seçdim. Atın belində idim, ayağımı da bərk sıxmışam ki, möhkəm oturum. Demək ki, özümü sığortalamamışdım. Mən atın belində olanda at qalx və belini vur yerə. Oruclu idim, hər evdən çıxanda anam Quran altından keçirir. Allahın möcüzəsi olur. Mən həmin möcüzəni yaşadım. Şükür ki, balalarımın yanındayam. Komaya girə, yer xəstəsi ola bilərdim. Elə ola bilərdi bu gün balalarımın yanında olmaya bilərdim. Atı heç sahibləri də saxlaya bilmədi. Orada olanlardan ağlayan, dəhşətə gələn kim. Şuşaya gedirik, qar dizdən. Dedim, bu klipdə ya öləcəm, ya klip mənsiz təqdim olunacaq. Amma nəticə gözəl oldu”.
Qeyd edək ki, xalq mahnısı olan “Nərgiz”in ekran həlli rejissor Nail Naiboğluna aiddir.